28.11.2019 15:00
441


AFFA-nın bəh-bəhlə təqdim etdiyi "Region Liqası"nda hər şey heç də yağ kimi getmir.
Cempion.az xəbər verir ki, komandaların vəziyyəti heç də ürəkaçan deyil. Xüsusilə bölgə təmsilçilərinin. Yalandan 30-35 komandanı ora yığmaqla deyil. Fakt odur ki, bu komandaların əksəriyyəti hətta qonşu rayonlara getməyə belə yol pulu tapmırlar. Çünki sponsor yoxdur. Yerli icra hakimiyyətləri isə vəsait verməkdə maraqlı deyil. Hətta iş o yerə çatıb ki, AFFA icra hakimiyyətlərinə zəng vuraraq onlardan xahiş edir ki, yerli komandalara səfərlərə çıxmaq üçün nəqliyyat ayırsın. Konkret olaraq, Oğuz rayonunun icra başçısına məhz federasiyadan zəng olunub və yerli komandaya heç olmasa 1000 manat yardım etməsi xahiş olunub. Eyni zəngin Şəki və Beyləqan İcra Hakimiyyətlərinə də ediliyinə dair məlumatlar əldə etmişik.