28.11.2019 15:42
444


Almaniya millisinin sabiq baş məşqçisi Yurgen Klinsmannın yeni iş yeri məlum olub.
Cempion.az xəbər verir ki, 55 yaşlı mütəxəssis “Herta”nı çalışdıracaq. Bundesliqa təmsilçisinin rəsmi saytı Ante Çoviçlə yolların ayrıldığını və onun Klinsmannla əvəzləndiyini açıqlayıb.
Qeyd edək ki, Amaniya millisinin sabiq hücumçusu Bundestimdən başqa, ABŞ millisi və “Bavariya”nı da çalışdırıb.