şənbə, 10 may 2025

BİZİM FUTBOL

AFFA "Elit məşq" layihəsini geri qaytardı

28.11.2019 17:00 Oxundu 438


2010-cu ildə başlanan, lakin bir müddət dayandırılan "Elit məşq" layihəsi yenidən fəaliyyətə başlayıb.

Cempion.az xəbər verir ki, paytaxt və bölgələrdən istedadlı futbolçuları seçərək onları müxtəlif yaş qrupları üzrə millilər üçün yetişdirmək, ustalıq səviyyələrini artırmaq, layihənin əsas məqsədidir.

Oktyabrdan başlayaraq 2005 - 2008-ci il təvəllüdlü yeniyetmələr layihənin rəhbəri Miloş Velebitin tərtib etdiyi proqram əsasında "Dalğa Arena"da bacarıqlarını təkmilləşdirirlər.

27 nəfərlik məşqçi heyəti, 8 nəzarətçi və 150 futbolçunun qatıldığı Elit-məşq 4 aylıq test müddətində davam edəcək. Hər 2-3 aydan sonra layihə üzvləri yenidən Bakıda təlim-məşq toplanışına yığışacaqlar.