şənbə, 10 may 2025

BİZİM FUTBOL

Millimizin futbolçusu zədəsii sağaltdı

28.11.2019 20:05 Oxundu 425


Millimizin futbolçusu Rüfət Dadaşov zədəsini sağaldıb.

Cempion.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu "Bild" nəşrinə açıqlamasında bildirib. Həftənin əvvəli sol ayağındakı şiş keçməyən millimizin üzvü dünəndən komanda ilə məşqlərə başlayıb.

O, 3-cü Bundesliqasının 17-ci turunda keçiriləcək "Valdhof"a qarşı matçda iştirak etmək istədiyini söyləyib: "Ağrılara qarşı həblər var. Komandama kömək etmək istəyirəm. Bizə 3 xal çox lazımdır".

Qeyd edək ki, "Proyssen" - "Valdhof" oyunu noyabrın 30-da keçiriləcək.

Xatırladaq ki, R.Dadaşov ötən tur "Zvikkau" görüşdə (2:4) 85 dəqiqə oynamışdı.