28.11.2019 14:32
443

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Cempion.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi üç pillə geriləyib.Komandamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.
Buna səbəb millimizin Avro-2020-nin son seçmə oyunlarında millinin Uelsə Bakıda, Slovakiyaya isə Trnavada 0:2 hesabı ilə uduzmasıdır.
Qeyd edək ki, siyahıya 1765 xala Belçika başçılıq edir. Fransa (1733) 2-ci, Braziliya (1712) 3-cüdür.