29.11.2019 13:00
537


"Keşlə"nin futbol ictimaiyyəti ilə stadion oyunu davam edir.
Cempion.az xəbər verir ki rəsmi məlumata görə komanda hələ noyabrın 9-da açılış etməklə "Neftçi"ni doğma meydançada qəbul etməli idi.
Sonradan hava şəraitini bəhanə gətirib bildirdilər ki yeni süni örtüyün bərkiməsi lazımdır və yağışlı hava buna mane olur. Deyilmişi ki noyabrın 30-da "Sumqayıt"la oyun 100 faiz "ASK Arena"da oynanılacaq. Lakin ötən gün məlum oldu ki "Keşlə" rəhbərliyi yenə yalan danışır və onlar "Sumqayıt"ı a Bayıldakı ASCO Arenada qəbul edəcəklər. Ümumiyyətlə əldə etdiyimiz məlumata görə yeni qazon döşənən zamanı müəyyən qüsurlara yol veriliv və örtük hazırda çox yumşaqdır. Bu isə o deməkdir ki b vəziyyətdə futbol oynanılsa futbolçuların ayağı yerə batacaq. Bu üzdən qazonun bərkiməsi üçün əlavə zamana ehtiyac var.