
Avropa Liqasının qrup mərhələsinin V turunun “Sevilya” – “Qarabağ” oyunundan sonra təşkil edilən mətbuat konfransında İspaniya klubunun baş məşqçisi Xulen Lopetegi fikirlərini bildirib.
Cempion.az xəbər verir ki, o, “Qarabağ”ın 5 müdafiəçi ilə oynamasına təəccübləndiyini söyləyib:
"Biz "Qarabağ"ın oyuna 5 müdafiəçi ilə başlamasına təəccübləndik. Rəqibdən hücum futbolu gözləyirdik. Bununla belə, oyunu oxudular və müdafiədə az səhvə yol verdilər. Ancaq hücum şansları da az oldu".
İspaniyalı mütəxəssis "Qarabağ"ın növbəti mərhələyə layiq olduğunu söyləyib: “Qarabağ” neçə ildi Avropada oynayır. Çempionlar Liqasında yaxşı oyunlar gösətərib, mən "Atletiko" ilə matçları xatırlayıram. Bu komanda öz çempionatlarında hamıdan iki baş üstündü. Ona görə dəAvropada inamlı çıxış edir. “Qarabağ” qrupdan çıxmağa layiq idi".