19.07.2016 15:44
1447
1447
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşa Çinin "Beyçzin Quoan" klubu təklif göndərib. Pekun klubu 61 yaşlı mütəxəssisə iki illik müqavilə təklif edib. O, həmin təklifi qəbul etsə, ilinə 8 milyon avro qazanacaq. Bu isə F.Santuşun hazırkı maaşından 4 dəfə çoxdur.
Portuqaliya Futbol Federasiyası isə F.Santuşla yolları ayırmaq istəmir. Qurumun ona yeni müqavilə təklif edəcəyi gözlənilir.
F.Santuşun gələcəyi ilə bağlı qərarını bu həftə verəcəyi iddia edilir.
Qeyd edək ki, F.Santuş Portuqaliya millisi ilə "Avro-2016"nın kubokunu qazanıb.