şənbə, 10 may 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında turun ən yaxşı qolunu kim vurdu?

29.11.2019 14:30 Oxundu 379


Çempionlar Liqasında 5-ci tur üçün həftənin qoluna namizədlərin siyahısı açıqlanıb.

Cempion.az xəbər verir ki, qalib uğrunda 4 futbolçu mübarizə aparacaq. Bunlar "Yuventus"dan Paulo Dibala, "Atalanta"dan Alexandro Qomes, "İnter"dən Lautaro Martines və "Bayer"dən Sven Benderdir.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək səsvermədən sonra müəyyənləşəcək.