şənbə, 10 may 2025

DÜNYA FUTBOLU

Dibalaya yeni müqavilə təklif olundu

29.11.2019 16:00 Oxundu 428


"Yuventus" hücumçusu Paulo Dibala ilə müqaviləni yeniləmək istəyir. 

Cempion.az xəbər verir ki, Turin təmsilçisi argentinalı futbolçu ilə danışıqlara başlayıb.

Klub rəhbərliyi Dibalanın sözləşməsini 2024-cü ilin iyun ayına qədər uzatmaq fikrindədir. 26 yaşlı hücumçu illik 10 milyon avro maaşa klubda qalmağa razıdır. Dibala bu mövsüm 16 oyuna 7 qol vurub, 3 assist edib.