bazar, 01 iyun 2025

BİZİM FUTBOL

"Səbail"İn ukraynalı qapıçısı "Neftçi" ilə oyun haqda nə dedi?

29.11.2019 16:30 Oxundu 457


"Səbail"in qapıçısı Aleksandr Rıbka Premyer Liqanın XIII turunda "Neftçi" ilə keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.

Cempion.az xəbər verir ki, klubun rəsmi saytına danışan ukraynalı qolkiper "ağ-qaralar"ı məğlub edərək "qara zolaq"dan çıxmaq istədiklərini bildirib:

"Zədədən sonra oyuna qayıtmağıma çox şadam, bu, tamamilə xüsusi hissdir. İndi fkirlərimiz ancaq "Neftçi" ilə növbəti oyunumuza bağlıdır. Komandada hamı qələbə yoluna qayıtmaq üçün çalışır".

Qeyd edək ki, "Səbail" - "Neftçi" oyunu dekabrın 1-də keçiriləcək.