şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Qəbələ" ilə "Zirə"nin 18-ci dueli

30.11.2019 10:49 Oxundu 449


“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 13-cü turda “Qəbələ” ilə qarşılaşacaq.

Cempion.az xəbər verir ki, görüş noyabrın 30-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Qəbələdəki matç iki komanda arasında 18-ci duel kimi tarixə düşəcək. İndiyədək Premyer Liqada 17 dəfə yolları kəsişən rəqiblərin matçlarında daha çox heç-heçə qeydə alınıb. 8 dəfə “sülh”lə ayrılan komandaların oyunlarında “Zirə” 4, “Qəbələ” 5 dəfə qalib gəlib. 15 qol vuran “Zirə” öz qapısından 19 top buraxıb.

Son üç qarşılaşmada meydanı qolsuz tərk etməyən “qartallar”ın 11 futbolçusu “Qəbələ”nin qapısına yol tapıb. Onlardan dördü daha çox – hərəyə 2 dəfə fərqlənib. Bunlar Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriçdir.

“Zirə” 9-cu dəfə Qəbələnin eyniadlı komandasının qonağı olacaq. Səfərdə 1 qələbəsi olan paytaxt klubu 5 dəfə səfərdən bir xalla dönüb. 3 görüşdə xalsız qalan komanda 6 qol vurub, 8-ni buraxıb.