30.11.2019 14:20
444

İsveçrənin Nyon şəhərində 17 və 19 yaşadək qızlardan ibarət milli komandalar arasında keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
Cempion.az xəbər verir ki, final mərhələsi 2021-ci ildə təşkil ediləcək qitə birinciliyinin seçmələrində U-17 millimiz 2-ci, U-19 yığmamız isə 7-ci qrupda mübarizə aparacaq.
U-17-nin qrup oyunları gələn il sentyabrın 1-dən 10-dək Maltada, U-19-un görüşləri oktyabrın 19-dan 27-dək Belçikada keçiriləcək.
U-17, ilkin seçmə mərhələ. II qrup
Almaniya, Belçika, Azərbaycan, Malta
U-19, ilkin seçmə mərhələ. VII qrup
Belçika, İsveç, Azərbaycan, Kipr