şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Qarabağ" Avropada ən kobud 2-ci komandadır

30.11.2019 16:00 Oxundu 425


UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Cempion.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qitənin ikinci nüfuzlu klub turnirində ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır. Ağdam klubunun futbolçularına qarşı beş oyununda 82 dəfə qayda pozulub.

“Trabzonspor”un oyunçuları 84 dəfə kobudluğa məruz qalıblar. İlk üçlüyü Fransa “Renn”i (81) qapayır.

“Qarabağ”ın üzvləri 63 dəfə rəqib oyunçulara qarşı kobudluq ediblər. Komanda bu göstəricidə 30-cu sıradadır.