şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Səbail"in unudulmuşların "11-liy"ndə

30.11.2019 16:44 Oxundu 429


Britaniya mətbuatı hazırda karyerasını davam etdirən yaşlı futbol ulduzlarından ibarət rəmzi komanda hazırlayıb.

Cempion.az xəbər verir ki, "givemesport" saytının tərtib etdiyi siyahıda "Səbail"in yarımmüdafiəçisi Maykl Esyenin də adı var.

Vaxtı ilə "Lion", "Çelsi", "Real" və "Milan" kimi Avropa nəhənglərinin formasını geyinmiş qanalı futbolçu Aleksandr Qleb, Sunsuke Nakamura, Roke Santa Kruz, Erik Cemba-Cemba və Qael Klişi kimi məşhur oyunçularla birlikdə unudulmuş 11-likdə yer alıb.

Qeyd edək ki, Esyen bu ilin martından "Səbail"də çıxış edir.