30.11.2019 17:30
439

"Barselona" zədəli futbolçusu Usman Dembelenin son durumu haqda məlumat yayıb.
Cempion.az xəbər verir ki, 22 yaşlı oyunçunun 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Onun əzələsində zədə aldığı vurğulanıb. Bu, Dembelenin cari mövsüm üçüncü əzələ zədəsidir. Fransa millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Borussiya" ilə matçda zədələnmişdi.