30.11.2019 22:53
1360


Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları dəqiqləşib.
Cempion.az xəbər verir ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyulun 17-də Türkiyə - Uels, iyununn 21-də isə İsveçrə - Türkiyə matçları paytaxtımızda olacaq. İtaliya da Avro-2020-nin ev sahiblərindən biri olduğu üçün, bu komandanın iştirakı ilə keçiriləcək oyunlar Bakıda olmayacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.