01.12.2019 20:51
432

“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Cempion.az xəbər verir ki, “goal.com”a danışan alman mütəxəssis “Qızıl top” mükafatına namizədinin də adını açıqlayıb:
“Qızıl top”u futbol nəslinin ən yaxşısına verirlərsə, bunu hər il Lionel Messi qazanmalıdır. Ancaq ötən mövsümə görə verəcəklərsə, bu, Vircil Van Dayk olmalıdır”.
“Qızıl top” mükafatının qalibi dekabrın 2-də bəlli olacaq.