cümə, 29 mart 2024

BİZİM FUTBOL

Aftandil Hacıyev: "Heç kim nə mənim, nə də Qurbanın adıma ləkə gətirə bilməz"

01.12.2019 20:11 Oxundu 544


“Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim "Səbail"i gördüm. İlk hissədə iki real qol şansımız oldu. İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq".

Cempion.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Neftçi" azarkeşlərinin "Səbail"i təhqir etməsinə gəlincə, mənə çox təəccüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilirlər. Bizim "Neftçi"dən xal almağımızı "Qarabağ"a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Heç kim nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilməz. Heç birimiz bu sözlərə layiq deyil. Onların rəhbərləri ilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı "Neftçi"dən görürəm. Gənc oyunçularımıza söz atırlar. Öz oyunumuzu düşünürük. Bizi nə "Qarabağ", nə də "Neftçi" maraqlandırır" - deyə o bildirib.

 
A.Hacıyev uğursuzluq zolağında olmalarını bu cür şərh edib: "Qalatasaray" da 8 oyunda qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Bizim heyətimiz zəifdi. Son sırada olmağımız normal haldı. Strategiyamız var. Gənclərə güvənəcəyik. Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim. Sırf yerli futbolçularla uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub. İndi belə şey yoxdur. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olmasına çalışır".