cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Dario Federiko: "Heç heçə ilə razılaşmalıyıq" - MÜSAHİBƏ

02.12.2019 11:33 Oxundu 442


"Neftçi"nin yarımmüdafiəçisi Dario Federiko Premyer Liqanın XIII turunda "Səbail"lə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Cempion.az xəbər verir ki braziliyalı vinger əvvəlcə matçla bağlı fikirlərini bildirib.

 

- Əlbəttə, gözlənilməz nəticə oldu. Bura qələbə üçün gəlmişdik. Pis də oynamadıq. Matçın sonlarına yaxın qol buraxıb məğlub da ola bilərdik. Ona görə də heç-heçə ilə razılaşmalıyıq.

- Süni örtükdə oynamaq sizə nə dərəcədə çətinlik yaratdı?

- Təbii, təsir göstərdi. Komanda təbii ot örtüyündə məşq edib, oyun keçirməyə öyrəşib. Uzun müddətdir süni meydançada məşq etmirik. İçimdə bir az qorxu var. Çünki son zədəmi məhz süni örtüklü meydançada almışdım. Buna görə narahatam. Digər tərəfədən, bu cür örtükdə top daha sürətli hərəkət edir. Bu isə çətinlik yaradır.

- "Neftçi"nin sabit oyun göstərməsi üçün nə çatışmır?

- Deməzdim ki, çatışmayan nəsə var. Çünki hər oyuna qələbə üçün çıxırıq. Bundan əvvəlki matçda böyük hesabla qalib gəlmişdik. Bu gün də 3 xala köklənmişdik. Sadəcə, yaratdığımız qol epizodlarından yararlana bilmədik.