02.12.2019 12:12
450

Türkiyə Superliqasında uğursuz çıxış edən “Kasımpaşa” baş məşqçisiz qalıb.
Cempion.az xəbər verir ki, rəhbərliklə fikir ayrılığından sonra Kamal Özdeş istefaya göndərilib.
Sentyabrın 16-da Rza Çalımbayı əvəzləyən 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 13 oyun keçirən “Kasımpaşa” cəmi 3 qələbə qazanıb. 7 dəfə məğlub olan komanda 3 heç-heçə ilə 12 xal yığıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.