şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Dinamo" qalib gəldi Ramil yenə oynamadı

02.12.2019 13:15 Oxundu 448


Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları davam edir.

Cempion.az xəbər verir ki, bu gün keçirilən Moskva derbisində çempionatın liderlərindən olan "Lokomotiv" milli komandamızın oyunçusu Ramil Şeydayevin formasını geyindiyi "Dinamo"nu qəbul edib.

Bu qarşılaşmaya qədər ardıcıl 4 turdur uduzmayan "dinamoçular" məğlubiyyətsiz oyunlar seriyasını 5 matça çatdırıb. Görüş "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil Şeydayev bu dəfə də oyunu ehtiyat oyunçular skamyasından izləyib. Bu qələbədən sonra "Dinamo" turnir cədvəlində 6-cı sıraya yüksəlib.