02.12.2019 17:50
452

İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində evdə "Brayton"a 2:1 hesabı ilə qalib gələn "Liverpul" öz rekordunu yeniləyib.
Cempion.az xəbər verir ki, Yürgen Kloppun komandası ardıcıl məğlubiyyətsizlik seriyasını 31-ə çatdırıb.
26 görüşdə qələbə qazanıb 5 oyunda heç-heç edən Mersisayd klubu bununla da 1987-ci ildəki rekordunu yeniləyə bilib. "Qırmızılar" 1987-ci ilin mayından 1988-ci ilin martına qədər 31 matçda uduzmayıb.
40 xalla cari Premyer Liqaya başçılıq edən liverpullular ən yaxın izləyiciləri 11 xal qabaqlayırlar.