02.12.2019 19:00
474
474

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatının final oyununu idarə edib.
Cempion.az xəbər verir ki, həmyerlimizin ədaləti qoruduğu matçda qapılara 10 qol vurulub. İtaliya üzərində 6:4 hesablı qələbə qazanan Portuqaliya mundialın qalibi olub.
Turnirin bürünc medalına isə Rusiya yığması sahib çıxıb. Ruslar 3-cü yer uğrunda görüşdə Yaponiyanı 5:4 hesabı ilə məğlub edib.