02.12.2019 14:40
471


Dünən İngiltərə premyerliqasında 14-cü turun oyunları keçrilib.
Çempion.az xəbər verir ki, “Lester Siti” evində “Everton” komandası ilə qarşılaşıb. Oyunun 23-ci dəqiqəsində Rikçarılson qonaq komandanı irəli keçirsə də, 68-ci dəqiqədə Vardihesabı bərabərləşdirib.
Son dəqiqələrdə oyunda gərgin anlar yaşanıb. “Lester”in müdafiəçisi Çağlar Söyüncü ilə “Everton”unhücumçusu Mozes Kin arasında mübahisə yaranıb. Hər iki oyunçu komanda üzüvləri tərəfindən sakitləşdirilib.
İkinci hissəyə artırılmış sonuncu dəqiqədə isə İhenaço fərqlənərək hesabı öz xeyirlərinə dəyişib. Oyun 2-1 hesabı ilə “Lester Siti”nin qələbəsi ilə başa çatıb.