şənbə, 10 may 2025

DÜNYA FUTBOLU

Qvardiola Söyüncünü istəyir

02.12.2019 16:13 Oxundu 429

“Mançestir Siti” klubu “Lester Siti” də uğurlu çıxış edən Çağlar Söyüncünü qış transfer dövründə heyətinə qatmaq üçün hərəkətə keçib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “MS”nin baş məşqçisi Xosep Qvardiola Türkiyə millisi və “Lester Siti”nin müdafiəçisi Çağlar Söyüncünü transfer etmək üçün klub rəsmilərinə təlimatlarını verib.
İngiltərə mətbuatı yazır ki, “Lester” rəsmiləri qış transfer dövründə müdafiəçini 80 milyon avro qarşılığında satmağa razıdır.