şənbə, 10 may 2025

BİZİM FUTBOL

Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verdi

03.12.2019 12:25 Oxundu 563


Azərbaycan futbol İctimayyətinə ağır itki üz verib. 

Cempion.az xəbər verir ki, respublikanın Əməkdar məşqçisi Fazil Abbasov 80 yaşında dünyasını dəyişib.

F.Abbasov futbolçu karyerasını 1961-ci ildə Bakının "Spartak" komandasında başlayıb. Daha sonra "Neft Daşları", "Neftyanik", "Dinamo", "Polad"da (Sumqayıt) keçirmiş Abbasov karyerasını Sumqayıt klubunda başa vurub.

Məşqçi karyerası ərzində onun Tərlan Əhmədov, Lev Mayorov, Ruslan Lukin, Dmitri Lukoşkin, Emin Salmanov, Arif Əsədov kimi bir çox tanınmış veteran futbolçuların yetişib üzə çıxmasında böyük rolu olub.

Cempion.az saytının kollektivi adından mərhumun ailəsinə və yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!