şənbə, 10 may 2025

DİGƏR NÖVLƏR

Karateçilərimiz İspaniyadan 2 medalla qayıdır

03.12.2019 13:39 Oxundu 392


29 noyabr-1 dekabr tarixlərində İspaniyanın paytaxtı Madriddə keçirilən Karate1 Premyer Liqa yarışı başa çatıb. 

Cempion.az xəbər verir ki, Azərbaycan karateçiləri turnirdə mövsümün son mərhələsini 2 medalla başa vurublar.

Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqasında İrina Zaretska (-68 kq) qızıl, Pənah Abdullayev (-84 kq) isə bürünc medal qazanıb. Nuranə Əliyevanın 3-cü yer uğrunda həlledici görüşü uğursuz alınıb.

Yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərinə etimad göstərilən referilər arasında yer alıblar.