cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Aqil Abbas: "Sonra deyəcəklər ki, "Neftçi” ilə "Ararat” futbol oynasın"

03.12.2019 14:00 Oxundu 383


"Gündəmin əsas polemikalarından biri də azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləridir. Bu səfər ictimaiyyətdə birmənalı qarşılanmadı. Ardınca erməni qəzetləri yazıb ki, deputatların da eyni formatda səfəri gözlənilir".

Cempion.az xəbər verir ki, "Qarabağ"ın sabiq prezidenti, yazıçı-deputat Aqil Abbas "Yeni Müsavat”a açıqlamasında bu məsələnin futbola təsirindən söz açıb:

"Demişəm və yenə deyirəm ki, bu cür səfərlər mənasızdır, lazımsızdır. Bunun bizə heç bir xeyri yoxdur. Əksinə, bizimlə məzələnməkdir. Adama sual verərlər ki, ora niyə getmişdiniz və ermənilər burada nə sülənirdilər? Axı, gedib nə iş gördünüz?

İndi də oxuyuram ki, deputatların qarşılıqlı səfərləri təşkil olunacaq. Sonra deyəcəklər ki, "Neftçi” ilə "Ararat” bir-biri ilə futbol oynasınlar. Sonra bizi seçmə mərhələlərdə bir qrupa salacaqlar, bax, belə-belə... ”.