çərşənbə axşamı, 10 dekabr 2019

BİZİM FUTBOL

Meza Kollinin cəzası azaldıldı

03.12.2019 14:35 Oxundu 180


AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

Cempion.az xəbər verir ki, yığıncaqda "Zirə" və "Keşlə"nin müraciəti ilə bağlı qərar qəbul olunub.

"Zirə" tərəfindən verlmiş apellyasiya şikayəti qismən təmin edilib. X turun “Sumqayıt”la görüşündə qəsəbə təmsilçisi oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə 800 manat cərimə olunmuşdu. Bu qərar qüvvədə saxlanılıb. Ancaq ikinci hissə ev sahibləri üzündən 2 dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması qərarı ləğv olunub.

“Keşlə”nin şikayəti də qismən təmin edilib. XII turun “Zirə” ilə matçının 60-cı dəqiqəsində Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı 1-ə endirilməklə qalan 2 qarşılaşmada cəzadan şərti olaraq azad edilib.

"Transfer pəncərəsi" dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv ediləcək, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunacaq.