
Bu ay AFFA İcraiyyə Komitəsinin iclası keçirilicək. Ancaq hələlik yığıncağın vaxtı bəlli deyil.
Cempion.az xəbər verir ki, bu barədə sportinfo.az-a açıqlamasında federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, gələn həftə iclasın vaxtı dəqiqləşəcək:
"Bu barədə hələlik dəqiq məlumat yoxdur. Bilinən yalnız odur ki, iclas bu ay ərzində olacaq. Vaxtı isə gələn həftə dəqiqləşməlidir. Vaxt bilinmədiyindən iclasın gündəliyində duran məsələlər də hələ məlum deyil".
Bizdə olan məlumata görə isə İK-nın bu ay keçiriləcək toplantısında əsas məsələ milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə bağlı olacaq. Böyük ehtimalla, xorvatiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
Onun yerinə isə yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkinin gətiriləcəyi gözlənilir.