şənbə, 10 may 2025

DÜNYA FUTBOLU

"Bakıya getmək bizim üçün bəhanə olmamalıdır"

03.12.2019 18:24 Oxundu 467


“Bakı - Roma - Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik. Amma buna görə çox narahat olmağımız lazım deyil. Bu, heç bir halda bəhanə olmamalıdır”.

Cemрion.az xəbər verir ki, bunu AVRO-2020-də İtaliya, İsveçrə və Uels milliləri ilə birgə A qrupunda yer alan İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç “Blick” nəşrinə açıqlamasında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, 4 komanda arasında favorit İtaliyadır: “Bu, güclü rəqiblərin yer aldığı maraqlı qrupdur. Amma biz güclüyük və irəliləmək imkanımız var. Əlbəttə, hədəfimiz budur. İtaliya qrupun favoritdir. Yəqin ki, digər 3 komanda ikinci yer uğrunda mübarizə aparacaq”.

AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. Petkoviçin baş məşqçisi olduğu komanda iyunun 17-də Romada İtaliya ilə qarşılaşacaq.