şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Neftçi"nin legioneri 50-ə çatdı

03.12.2019 19:00 Oxundu 411


Premyer Liqanın 13-cü turu “Neftçi”nin futbolçusu Soni Mustuvar üçün əlamətdar olub. 

Cemрion.az xəbər verir ki, haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib.

“Səbail”lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub. 2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan Soni Premyer Liqada 39, Azərbaycan kubokunda 4, Avropa Liqasında 7 dəfə şans qazanıb.

O, qollarından ikisini çempionat, birini kubokda vurub.