03.12.2019 14:35
482

“Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində növbəti C kateqoriyalı məşqçi kursuna start verilib.
Cempion.az AFFA-nın saytına istinadən xəbər verir ki, İlham Əzizzadə və Vüqar Əsgərlinin rəhbərliyi ilə keçirilən kurslarda milli komandamız və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov da iştirak edib.
Kursun birinci mərhələsinə dekabrın 6-da yekun vurulacaq. İkinci mərhələ dekabrın 9-dan 12-dək, yekun mərhələ isə dekabrın 16-dan 20-dək keçiriləcək.