04.12.2019 11:01
474

Xəbər verdiyimiz kimi, "Sabah" Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ"la oyununda yeniliyə imza atıb.
Cempion.az xəbər verir ki matçı tribunadan canlı izləyən 4 azarkeş hədiyyə qazanıb.
Belə ki, fanatlardan 3 nəfər titul sponsoru olan Bank Respublikadan 100 manat, 1 nəfər isə akademiyanın sponsoru Maxi.az-dan televizor əldə edib.
Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.