bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

Türkiyəyə icazəsiz getdiyi üçün əsas komandadan qovuldu

04.12.2019 15:26 Oxundu 415


İcarə əsasında “Brügge”də forma geyinən “Qalatasaray”ın futbolçusu Mbaye Diane cəzalandırılıb. 

Cempion.az xəbər verir ki, seneqallı hücumçu “Brügge”nin B komandasına göndərilib.

“Brügge”nin Çempionlar Liqasında “Qalatasaray”la oynadığı matç (1:1) ərəfəsində icazəsiz Türkiyəyə səyahət edən Diane, əsas komandadan qovulub və bundan sonra ancaq fərdi məşqlər edə bilər.

Belçika təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi olan 28 yaşlı hücumçu “Brügge” ilə 12 oyuna çıxıb və 4 qol vurub.