bazar ertəsi, 12 may 2025

BİZİM FUTBOL

AFFA-dan "Neftçi"nin məşqçisinə agır cəza

04.12.2019 15:02 Oxundu 490

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Cempion.az xəbər verir ki, qərar komitənin bugünkü iclasında birinci divizionun 12-ci turu müzakirə edildikdən sonra verilib.

“Neftçi-2” – “Kəpəz” görüşündə meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Məşqçiyə verilmiş cəzanın 3 görüşü şərti kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Qurbanov yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.