şənbə, 10 may 2025

BİZİM FUTBOL

Bordin cəzalandırıldı

04.12.2019 20:09 Oxundu 409


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Cempion.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turunda qeydə alınmış neqativ hallar müzakirə olunub.

“Səbail” – “Neftçi” görüşündə “Səbail”in futbolçusu Eltun Yaqublu ilə “Neftçi”nin meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onlar cəzalandırılacaq.

Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 manat cərimə olunub. “Ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığı üçün 1 oyunluq cəzalanıb. Həmçinin qarşılaşmadan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimələnib.

“Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ” – “Zirə” oyununda isə “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.