bazar ertəsi, 12 may 2025

BİZİM FUTBOL

İntizam Komitəsi Bordini cəzalandırıldı

04.12.2019 16:05 Oxundu 449

Bu gün AFFA İntizam Komitəsinn növbəti iclası keçrilib.
Cempion.az xəbər verir ki, iclasda aşaqıdakı qərarlar qəbul edilib:
30 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XIII turunun “Qəbələ”“Zirə” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur .
 
1 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XIII turunun “Səbail”“Neftçi” matçında “Səbail” klubunun 4 №-li futbolçusu Eltun Yaqublu ilə “Neftçi” klubunun meneceri Qədir Həsənov arasında mubahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə onlar cəzalandırılacaq.
 
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndirildiyinə görə klub 4000 manat cərimə olunur.
“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanır.
Oyun başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunur.
 
28 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, I divizionun XII  turunun “Qaradağ Lökbatan”MOİK matçında “Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.
 
 “Zaqatala”“Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun 2 №-li futbolçusu Sənan Qocayev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub  160 manat cərimə olunur.
 
“Səbail-2”“Keşlə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 38-ci dəqiqəsində “Keşlə-2” klubunun 14 №-li futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
 “Neftçi-2” – “Kəpəz” matcının 32-ci dəqiqəsində “Neftçi-2” klubunun 65 №-li futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 33-cü dəqiqəsində “Neftçi-2” klubunun baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.  Məşqçiyə verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.
 “Zirə-2” – “Sumqayıt-2” matçından öncə keçirilən iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə klub 40 manat cərimə olunur.
1 dekabr 2019-cu il, Region Liqasının, “Göyəzən”“Şəki” matçının 34-cü dəqiqəsində “Şəki” klubunun 22 №-li futbolçusu Elçin Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 71-ci dəqiqəsində “Göyəzən” klubunun 11 №-li futbolçusu Fərid Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 “Oğuz”“Energetik” matçının 90+2-ci dəqiqəsində “Energetik” klubunun 9 №-li futbolçusu Ruslan Voronsov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 90+2-ci dəqiqəsində “Oğuz” klubunun 14 №-li futbolçusu Elnur Qafarov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
 
 “İmişli”“Şamaxı” matçının 80-cı dəqiqəsində “İmişli” klubunun məşqçisi Samid Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır.
 
 “Neftçala”“Ərkivan” matçı başa çatdıqdan sonra “Ərkivan” klubunun məşqçisi Bəhrəm Məmmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 “Arpaçay”(Şərur) – NDU matçının 43-cü dəqiqəsində “Arpaçay” klubunun baş məşqçisi Bilal Nağıyev hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır.
 
1 dekabr 2019-cu il, Bakcell U-17 Liqasının, “Neftçi”“Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 11 №-li futbolçusu Həsən Seyfullayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır.
 
1 dekabr 2019-cu il, U-14 Liqasının, “Azəri TİM”“Turan Tovuz” matçının 30-cu dəqiqəsində “Turan Tovuz” klubunun 2 №-li futbolçusu Tahir Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 42-ci dəqiqəsində “Azəri TİM” klubunun 9 №-li futbolçusu Şəmsəddin İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
“Azəri TİM” klubunun məşqçisi Orxan Verdiyev hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə və hakimlərə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır.
 
30 noyabr 2019-cu il, U-12 Liqasının, “Laçın” (Pirəkəşkül)“Veqa” matçında “Laçın” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
30 noyabr 2019-cuil, U-11 Liqasının, “Leon” FK“Zirə” matçında “Zirə” klubunun baş məşqçisi Manaf Kələntərli texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
30 noyabr 2019-cu il, U-10 Liqasının, “Kəpəz” – “Çinar UGFHK” matçının 20-ci dəqiqəsində
 
“Çinar UGFHK” klubunun baş məşqçisi Elçin Quziryani hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır.
 
16 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının, “Mələklər” (Lənkəran)“UGİM” (Göyçay) matçında “UGİM” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir 
 
 “Balxurma” (Balakən) – “Daşqın” matçında “Daşqın” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
1 dekabr 2019-cu il, Yüksək Qızlar Liqasının, “Uğur” – “Marxal” matçının 63-cü dəqiqəsində “Uğur” klubunun 14 №-li futbolçusu Kamilla Məmmədova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
1 dekabr 2019-cu il, futzal üzrə İkinci Liqanın NTD“Emin Spor” matçında “Emin Spor” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
 
 “Baku Hughes” – “Bibi Heybət” matçında “Baku Hughes” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
 
 “Advokat” – “Hövsan” matçının 1-ci dəqiqəsində “Advokat” klubunun 77 №-li futzalçısı Ceyhun Şirinli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
30 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Forza Neftçi”“Standard” matçının 24-cü dəqiqəsində “Standart” klubunun 11 №-li futzalçısı Mehdi Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 24-cü dəqiqəsində “Standard” klubunun inzibatçısı İlkin Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
“Baku Fans” – U-19 matçında “Baku Fans” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
 
“Zirvə Bakı” – “Baku Fire 2” matçının 13-cü dəqiqəsində “Zirvə Bakı” klubunun 20 №-li futzalçısı Murad İsmayılov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır.
 
“AZMİU”“Metropoliten” matçının 20-cı dəqiqəsində “AZMİU” klubunun 6 №-li futzalçısı Adil Məmmədzadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
28 noyabr 2019-cu il, futzal üzrə Yüksək LiqanınEKOL”“Xızı Futzal” matçının 29-cu dəqiqəsində “Xızı Futzal” klubunun 18 №-li futzalçısı Morteza Cahandoust ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 34-cü dəqiqəsində “EKOL” klubunun 10 №-li futbolçusu Samir Həmzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
“Baku Fire” – “Bakı” TFK matçının 35-ci dəqiqəsində “Bakı” TFK klubunun 77 №-li futzalçısı Vüsal Buludov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.