şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Zirə"nin tarixinə düşdü

05.12.2019 11:23 Oxundu 424


Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la bu gün keçirilən oyunu (4:0) “Zirə”nin tarixinə əlamətdar hadisə ilə düşüb.

Cempion.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Zirə İdman Kompleksinin stadionunda oynanılan matçda meydana çıxan Cəlal Hüseynov klub tarixinə ən gənc futbolçu kimi düşüb. 2003-cü il yanvarın 2-də anadan olan müdafiəçi əsas komandada 16 yaş 336 günlüyündə debüt edib.

Cəlal komandanın sabiq futbolçusu Ziyadxan Məmmədovun göstəricisini yeniləyib. 2014-cü il sentyabrın 19-da keçirilən I divizionun “Zirə” – “Göyəzən” qarşılaşmasında (5:0) debüt edən futbolçu 19 yaş 102 günlüyündə şans qazanıb.