şənbə, 10 may 2025

BİZİM FUTBOL

U-16 millimiz qələbə qazandı

05.12.2019 12:31 Oxundu 405


Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Cempion.az xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu Ağadadaş Salyanski vurub.

Bu komandalar arasında növbəti oyun dekabrın 6-da keçiriləcək.