şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Neftçi" rəhbərliyi Bordinə xəbərdarlıq etdi

05.12.2019 17:00 Oxundu 541

Xal itirdiyi hər oyunda qalmaqal salan oyundan sonra rəqibin baş məşqçiləri və futbolçuları ilə haqq-hesab çəkməyə gedən "Neftçi"nin baş məşqçisi Roberto Bordinin bu əməlləri rəhbərliyin də səbrini daşdırıb.

Cempion.az-a daxil olan məlumata görə bu hərəkətləri səbəbindən "Neftçi" rəhbərliyindən Bordinə ciddi xəbərdarlıq edilib.

Deyilib ki oyundan sonra rəqib düşərgə ilə mübahisələri yığışdırsın. Çünki bu cür hərəkətləri baş məşqçisi olduğu klubun da imicini zədələyir.