bazar ertəsi, 12 may 2025

BİZİM FUTBOL

Şenol Günəş "Qarabağ"ın bazasında  - FOTOLAR

05.12.2019 18:39 Oxundu 630


Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş hazırda Bakıdadır. 

Cempion.az xəbər verir ki, "ay ulduzlular" AÇ-2020-nin 2 qrup oyununu Bakıda keçirəcəklərindən təcrübəli mütəxəssis stadion və otellərə baxmağa gəlib.

Türkiyə yığmasının çalışdırıcısı Suraxanıda "Qarabağ"ın bazasında da olub. O, Ağdam klubunun işçiləri ilə də görüşüb.


Türkiyə iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə oyunları Bakı Olimpiya Stadionunda keçirəcək.