06.12.2019 12:00
503


"Səbail"də yaşanan maddi sıxıntı əksər futbolçuları özünə yeni klub axtarmağa vadar edir.
Cempion.az xəbər verir ki belə futbolçulardan biri də Fəhmin Muradbəylidir.
Vəziyyət düzəlməsə yanvarda o da komandanı tərk edəcək. Əldə etdiyimiz məlumata görə "Sumqayıt" və "Zirə" klubları Muradbəylinin xidmətində maraqlıdır və onu öz heyətində görmək istəyir.