06.12.2019 15:00
529


"Keşlə" futbol ictimaiyyətini növbəti dəfə aldadıb. Bildiyiniz kimi bu klub ev oyunlarını keçirdiyi "Ask Arena"nın süni örtüyünü yenisi ilə əvəzləmişdi.
Cempion.az xəbər verir ki sözügedən klubun rəhbərliyi yeni qazonun açılışını noyabrın 9-da "Neftçi" ilə oyunda edəcəyini desə də sonradan örtüyün yaxşı yapışmamasını və hava şəraitini əsas gətirərək açılışın "Sumqayıt"la oyunda baş tutacağını bildirmişdi.
Lakin "Sumqayıt"la oyunda da bunun şahidi olmadıq. Klub dekabra təsadüf edən "Kəpəz"lə kubok matçını da Bayılda keçirdi. İndi isə məlum olur ki açılış 2020-ci ilin fevralına qaldı. Göründüyü kimi "Keşlə" rəhbərliyi 1 ay ərzində 3 dəfə futbol ictimaiyyətini aldadıb.