şənbə, 31 may 2025

DÜNYA FUTBOLU

Superkubokun təqvimi bilindi

06.12.2019 11:55 Oxundu 425


Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkubokunun təqvimi müəyyənləşib. 

Cempion.az xəbər verir ki, yarımfinal mərhələsinin oyunlarının başlama saatı açıqlanıb.

Yanvarın 8-də "Valensiya" ilə "Real", 9-da isə "Barselona" ilə "Atletiko" üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Qaliblər yanvarın 12-də final matçında qarşılaşacaqlar. Həlledici görüş saat 22:00-da keçiriləcək.