06.12.2019 13:28
416

İran çempionatında 13-cu tura yekun vurulub.
Cempion.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” doğma meydanda autsayder "Şahin"lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
11 oyundan 18 xal toplayan Təbriz təmsilçisi hazırda 8-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 25 xalla "İstiqlal" (13 oyundan) başçılıq edir. "Sepahan" 24 xalla (12 oyundan) 2-ci, Padide" isə 23 xalla (12 oyundan) 3-cü pillədə qərarlaşıb.