bazar, 11 may 2025

BİZİM FUTBOL

"Everton" baş məşqçisini istefaya göndərdi

06.12.2019 14:41 Oxundu 434


"Everton" baş məşqçisi Marko Silvani istefaya göndərib.

Cempion.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Komandanın İngiltərə Premyer Liqasının 15-ci turunda "Liverpul"a 2:5 hesabı ilə uduzması və 18-ci pilləyə düşməsindən sonra bu qərar verilib.

Qeyd edək ki, M.Silva 2018-ci ilin mayından "Everton"u çalışdırırdı.