06.12.2019 15:30
411

Almaniya millisi Avro-2020-yə hazırlıq məqsədilə iki yoxlama oyunu keçirəcək.
Cempion.az-ın Almaniya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yığma gələn il martın 26-ı Madriddə İspaniya ilə qarşılaşacaq. Komanda martın 31-i isə Nürnberqdə İtaliyanı qəbul edəcək.
Qeyd edək ki, Almaniya Avro-2020-də F qrupunda A Liqasının qalibi, Portuqaliya və Fransa ilə qarşılaşacaq.