bazar, 11 may 2025

BİZİM FUTBOL

Mixal Duriş: "Azərbaycan millisi güclü komandadır"

06.12.2019 16:23 Oxundu 418


"Azərbaycanla görüşdə qalib gəlməyi bacardıq. Bu oyun bizim üçün çox önəmli idi. Heyf ki, bu qələbə həlledici olmadı".

Cempion.az xəbər verir ki bu sözləri sportinfo.az-a açıqlamasında Slovakiya millisinin üzvü Mixal Duriş deyib.

Slovakiya millisinin şərəfini qoruyan 31 yaşlı futbolçu AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunları haqda danışıb. 2012-ci ildən millidə çıxış edən Duriş Bakıda milli komandamıza qarşı oynamasa da, Trnavada (2:0) yığmamıza qarşı görüşdə meydana çıxıb. O, millimiz haqda bunu deyib: "Azərbaycan millisinin güclü komanda olduğunu düşünürəm. Amma hər iki oyunda da qalib gəlməyi bacardıq. Bakıda böyükhesabla qalib gəlsək də, asan oyun olmamışdı. Sadəcə, bizim zərbələr dəqiq alınmışdı. Sizin millinin heyətində də yaxşı futbolçular oynayır".